Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi


Digərləri 31 Okt 2019 18:22:00 297 0

Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı külli miqdarda dələduzluq etdi

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Bakı. Samir Əli - Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26, mənzil 185-də yaşayan, İran vətəndaşı Heidari Muhammad Reza Alı oğlu polisə müraciət edərək bildirib ki, ötən il dekabrın 15-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanın qarşısında tanışı Elgün adlı şəxsə arpa almaq məqsədilə 58 min 600 dollar verib. Amma həmin şəxs ona qarşı dələduzluq edib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin