"Reytinqə görə, bunu etməyə məcburuq"


Şou-biznes 31 Okt 2019 17:09:00 358 0

"Reytinqə görə, bunu etməyə məcburuq"

Tənqidlərə açıq insanam. Öz səhvlərimi görməyi və onları düzəltməyi bacarıram. Buna texnika, imkan və mənim istədiyim mühit lazımdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Asan radio"da qonaq olarkən deyib. Aparıcı reytinqdən, tənqidlərdən danışıb. Zaur bildirib ki, sosial şəbəkədə ünvanına yazılan tənqidlər onu əsəbiləşdirmir.

Baxşəliyev "Televiziyada reytinqli verilişlər aparmısınız: "Yağ kimi", "Onun yarısı", "Bizimləsən"... Eyni zamanda tənqid də edildiniz" sözlərinə belə cavab verib:

"Televiziyanın elə mətbəxi var ki, onu həm görürlər, həm görmürlər. Görünməyən tərəflər çoxdur. Görünməyənlərə görə qınanırıq. Bəzən etmək istəmədiklərimi bəzən etmək məcburiyyətində qalıram. Bəlkə burada reytinqin də payı var. Televiziyanı hiss etdikdən, özümü dərk etdikdən sonra nələrimisə reytinqə qurban verməyin üstündən xətt çəkdim. Amma indi özəl televiziya reytinq üstündə qurulub. Özəl kanallar özləri maliyələşirlər. Biz də məcburən bu formatda proqram təqdim edirik. Çünki onlara baxırlar. Təhqirlərə fikir vermirəm, tənqidə açığam".