Bələdiyyə seçkilərində iştirak üçün 8128 nəfər MSK-ya müraciət edib


Digərləri 31 Okt 2019 17:17:00 352 0

Bələdiyyə seçkilərində iştirak üçün 8128 nəfər MSK-ya müraciət edib

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bakı. Elçin Mehdiyev – Bu il dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, müraciət edən namizədlərdən 2896-ı təsdiq olunub, digər namizədlərin isə müraciətlərinə baxılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin