2019-cu ilin III rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb


Digərləri 31 Okt 2019 12:37:00 255 0

2019-cu ilin III rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12,071.5 mln. manat həcmində əməliyyat aparılıb.

Bakı. 2019-cu ilin doqquz ay ərzində investisiya qiymətli kağızları bazarında ümumilikdə 12,071.5 mln. manat həcmində əməliyyat aparılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, əməliyyatların 80.1%-i (9,666.0 mln. manat) ilkin bazarda, 19.9%-i (2,405.6 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 69% artıb. Korporativ qiymətli kağızlar 2019-ci ilin doqquz ayı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.1% (447.9 mln. manat) artmasına səbəb olub. Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 20.7% artaraq 759.3 mln. manata çatıb. Dövlət qiymətli kağızları Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azalaraq 9,315.3 mln. manat təşkil edib. Bunun 951,7 mln. manatını dövlət istiqrazları, 8,363.6 mln. manatını isə Mərkəzi Bankın notları təşkil edib. Dövr ərzində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac, Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə isə 40 hərrac keçirilib və müvafiq olaraq, 527 mln. manat və 8,140 mln. manat məbləğində yerləşdirmə olub.