Göygöldə dostları ilə yeyibiçən kişi qayadan yıxılıb öldü


Digərləri 31 Okt 2019 12:15:00 279 0

Göygöldə dostları ilə yeyibiçən kişi qayadan yıxılıb öldü

Göygöldə itkin düşən şəxsin meyiti tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Gəncə şəhəri, Sadılı qəsəbə sakini, 1983-cü il təvəllüdlü Eyvazov Bəxtiyar Famil oğlunun oktyabrın 27-də Göygöl rayonu ərazisində itkin düşməsi barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Eyvazovun meyiti Göygöl rayonunun Quşqara kəndi ərazisində, "Aygün" kafesinin yaxınlığında aşkar edilib.

Meyitə baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri olmayıb, meyitdə hündürlükdən yıxılmağa xarakterik döş və qarın boşluğunun küt travması, qaraciyərin cırılması, çanaq və onurğa sümüyünün sınığı aşkarlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, B.Eyvazov dostları Elcan Əliyev və Natiq Heydərovla birlikdə Gəncədəki "Kərpic zavod" adlanan ərazidəki kafelərin birində yeyib içəndən sonra Göygöl rayonunun Quşqara kəndi ərazisində, "Aygün" kafesinə gələrək orada yenidən spirtli içki qəbul edib kafenin arxa tərəfinə, meyitin aşkar edildiyi istiqamətə gedib. B.Eyvazov Quşqara kəndi ərazisindəki Quşqara çayının yatağında 10 metr hündürlükdəki yarğandan yıxılaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.