“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar


Digərləri 31 Okt 2019 12:20:00 284 0

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdə olub.

Bakı. 27-30 oktyabr tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdə olub. QSC-dən Trend-ə verilən məlumata görə, Cəmiyyətin İdarə Heyətinin sədr müavini Oqtay Məmmədov, Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər. Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər. Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olan Böyük Kanimansur, eləcə də Altın Topkan, Ciloy, Aprelevka kimi nəcib metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində “AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.