"Hazırda istismar olunan nəqliyyat vasitələrinin 19,1 faizinin istehsal tarixi 30 ildən yuxarıdır"


Digərləri 31 Okt 2019 11:52:00 266 0

"Hazırda istismar olunan nəqliyyat vasitələrinin 19,1 faizinin istehsal tarixi 30 ildən yuxarıdır"

Azərbaycanda hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

M.Babayev bildirib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb.

Nazir vurğulayıb ki, nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər.

(adsgarden = window.adsgarden || []).push({});