Azərbaycanda suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək


Digərləri 31 Okt 2019 11:56:00 271 0

Azərbaycanda suyun qənaətlə istifadə edilməsinə dair proqramlar həyata keçiriləcək

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən gələcəkdə də azalma ehtimalı var:

"Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə aşağıdır. Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi). Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard kubmetr suyun 3.6 milyard kubmetri (28%) itkiyə gedir".