Yuxu pozuntusu barışmalı, yoxsa mübarizə aparmalı


Digərləri 31 Okt 2019 11:15:00 265 0

Yuxu pozuntusu  barışmalı, yoxsa mübarizə aparmalı

Açar sözlər: yuxu pozuntuzu (insomniya), növləri və müalicəsi.

Hər bir kəs həyatının müəyyən dövründə yuxu pozuntusu ilə üzləşir. Yuxu pozuntusunun ümumi əhali arasında 6-30 % olaraq yayılması müəyyənləşdirilmişdir. Yuxu pozuntusu (insomniya) elə bir haldır ki, insanın yuxuya getməsi, ümumi yuxu saatı və ya erkən səhər saatlarında oyanması ilə əlaqədar problemlər yaranır. Yuxu pozuntusu mənşəyinə, yaranma səbəblərinə, davamlılığına görə fərqlənir, hətta insanın yaşına görə müxtəlif şəkildə rast gəlinir.

Yuxu pozuntuzu növləri.

Kəskin yuxu pozuntusu. Bu yuxu pozuntusu stres nəticəsində meydana çıxır, narahat yuxunun əmələ gəlməsinə səbəb olur, qısamüddətli yuxu pozuntusu da adlanır.

Uşaqlıq dövrü davranışı ilə əlaqədar yuxu pozuntusu. Bu yuxu pozuntusu uşaqlıq dövründə meydana çıxır, uşağın yalnız valideyn və ya qulluq edən şəxslə yatması ilə bağlıdır.  

İdiopatik yuxu pozuntusu. Bu yuxu pozuntusunun səbəbi məlum deyildir.

Dərman və digər maddələrin qəbulu ilə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu dərman vasitələri, kofein, alkoqol və s. maddələrin qəbulu ilə əlaqədardı.

Xəstəliklə əlaqəli meydana çıxan yuxu pozuntusu. Bu yuxu pozuntusu onun gedişatı və ağırlıq dərəcəsini müəyyənləşdirən psixi pozuntunun əlaməti kimi meydana çıxır.

Paradoksal yuxu pozuntusu. Bu yuxu pozuntusu zamanı xəstə ağır yuxusuzluqdan əziyyət çəkdiyini bildirsə də, onda ciddi pozğunluqlar aşkar etmək olmur.