Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildənilə artır


Digərləri 31 Okt 2019 08:58:00 260 0

Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildənilə artır

Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2013-cü ildə xaricə gedən Azərbaycan vətəndaşları ölkəmizə gələn turistlərdən daha çox vəsait sərf ediblər. Həmin ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 1 milyard 255 milyon 400 min manat , xaricə gedən Azərbaycan vətəndaşları isə 1 milyard 861 milyon 700 min manat vəsait xərcləyiblər.

Sonrakı 3 il ərzində (2014-1016) də xaricə gedən azərbaycanlıların xərclədiyi vəsaitlərin məbləği ölkəmizə gələn əcnəbilərin xərclədiyi məbləği üstələyib.

Lakin 2017-ci ildən sonra Azərbaycana gələn əcnəbilər turizm məqsədilə daha çox pul xərcləməyə başlayıblar.

2017-ci ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 2 milyard 285 milyon 300 min manat, xaricə gedən Azərbaycan vətəndaşları 1 milyard 678 milyon 900 min manat vəsait xərcləyiblər.