Sükan arxasında yuxulayan sürücü qəza törədərək avtomobilə və köşkə çırpılıb FOTO


Digərləri 31 Okt 2019 08:33:00 281 0

Sükan arxasında yuxulayan sürücü qəza törədərək avtomobilə və köşkə çırpılıb  FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Ə.Rəcəbli və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Altay Turabov idarə etdiyi "Toyota" markalı avtomobillə Ə.Rəcəbli küçəsində yüksək sürətlə hərəkətdə olarkən anidən yuxulayıb.

Bu zaman avtomobil Təbriz küçəsində hərəkətsiz vəziyyətdə dayanan və taksi fəaliyyəti ilə məşğul olan Asiman adlı sürücüyə məxsus "Daewoo Gentra" markalı nəqliyyat vasitəsinə, daha sonra işıqfor və səkidə fəaliyyət göstərən kioska çırpılıb.

Hadisə zamanı işıqfor qırılıb, kioska isə ciddi ziyan dəyib. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

(adsgarden = window.adsgarden || []).push({});