Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildən-ilə artır (ÖZƏL)


Digərləri 31 Okt 2019 07:40:14 238 0

Azərbaycana gələn turistlərin xərclədiyi vəsait ildən-ilə artır (ÖZƏL)

Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb. Trend-in məlumatına görə, 2013-cü ildə xaricə gedən Azərbaycan vətəndaşları ölkəmizə gələn turistlərdən daha çox vəsait sərf ediblər. Həmin ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 1 milyard 255 milyon 400 min manat , xaricə gedən Azərbaycan vətəndaşları isə 1 milyard 861 milyon 700 min manat vəsait xərcləyiblər. Sonrakı 3 il ərzində (2014-1016) də xaricə gedən azərbaycanlıların xərclədiyi vəsaitlərin məbləği ölkəmizə gələn əcnəbilərin xərclədiyi məbləği üstələyib. Lakin 2017-ci ildən sonra Azərbaycana gələn əcnəbilər turizm məqsədilə daha çox pul xərcləməyə başlayıblar.