Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur? Alimlərdən XƏBƏRDARLIQ


Digərləri 30 Okt 2019 23:46:00 309 0

Nəyə görə analizdə B 12 çoxluğu həkimləri qorxudur?  Alimlərdən XƏBƏRDARLIQ

Qanda analiz verərkən B 12 vitaminin norma həddini çox aşması və yüksək olması heç kimi sevindirmir. Əksinə bu nəticə həkimləri qorxudur və daha ağır nəticələrdən şübhələndirir.

Son.az medicina.az-a istinadən xəbər verir ki, Danimarka alimləri bildirib ki, orqanizmdə B 12 səviyyəsinin kəskin artması xərçəng riski ilə sıx bağlıdır.

B 12 vitamin kimi bir sıra ət məhsulları, yumurta, süd məhsullarında çoxdur. Bu vitamin qan tərkibi, DNT və sinir sistemi üçün çox vacibdir.

B 12 yeganə vitamindir ki, qaraciyərdə ehtiyat kimi yığılır və akkumlyator rolunu oynayır. 

Orxes Xəstəxanasının mütəxəssisləri təyin edib ki, bu vitaminin kəskin yüksəlməsi və qaraciyərdə çox depolanması artıq orqanizmdə xərçəng riskinin yaranmasına işarə ola bilər.

Bu nəticəyə onlar 333 min xəstə üzərində apardıqları müşahidərlər əsasında gəlib. Tədqiqatın əvvəlində onlardan heç biri xərçəng xəstəsi deyildi. 1998-2010-cu illər ərzində bu insanlarda müxtəlif analizlər, eyni zamanda qanda B 12-nin  miqdarı ölçülüb. 

Müqayisələr göstərdi ki, göstəricisi 800 pmoldan çox olan xəstələrdə sonradan xərçəng aşkarlanıb. 

(adsgarden = window.adsgarden || []).push({});