Dili qaynar çayla yandıranda nə etməli?


Digərləri 30 Okt 2019 23:20:00 250 0

Dili qaynar çayla yandıranda nə etməli?

Yəqin ki, hər bir insanın başına gələn xoşagəlməz hadisədir. Qaynar çay və ya qida dili yandırdıqda insan kəskin ağrı hiss edir, dil qızarır, şişir.

Bu halda nə etmək lazımdır?

Son.az medicina.az-a istinadən ilk tibbi yardımı təqdim edir:

1. Soyuducuda soyuq süd və ya yoqurt varsa, onlardan istifadə edin. Dilin üzərində saxlayın və yavaş-yavaş udun.

2. Dilin üzərinə bir az şəkər tozu tökün. Qəribə səslənsə də, bu çox effektli vasitədir. Ağrı tez bir zamanda keçir.

3. Dilin üzərinə bal qoyun.

(adsgarden = window.adsgarden || []).push({});