16 yaşlı aktivist 75 min dollardan imtina etdi


Digərləri 30 Okt 2019 23:01:00 292 0

16 yaşlı aktivist 75 min dollardan imtina etdi

İsveçli iqlim aktivisti Qreta Tunberq növbəti hərəkəti ilə gündəmə çevrilib.

Son.az xəbər verir ki, 16 yaşlı aktivist ona layiq görülən Skandinaviya Ekologiya Mükafatından imtina edib.

Mükafatın dəyəri 75 min dollardır.

"The Sunday Morning Herald" qəzetinin xəbərinə görə, Tunberq mükafata layiq görüldüyü üçün qürurlandığını, amma iqlimlə bağlı apardığı mübarizə üçün hər hansı mükafata layiq olmadığını deyib. O, ətraf mühitin qorunması üçün gözəl sözlər söyləmək yerinə konkret tədbirlər görülməsini tələb edib.

Sosial media hesabından məsələ ilə bağlı mövqeyini açıqlayan Qreta ehtiyac duyulan əsl addımların siyasətçilərin və əlində güc olan şəxslərin ən son elmi hesabatlara əhəmiyyət vermələri olduğunu vurğulayıb. "Sanki 4 planetimiz varmış kimi yaşayırıq", - o deyib.

(adsgarden = window.adsgarden || []).push({});