Azərbaycan nefti bahalaşıb


Digərləri 30 Okt 2019 23:05:00 278 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 29-da 66,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel çoxdur.