Stress xərçəngə səbəb ola bilər?


Digərləri 30 Okt 2019 22:10:00 268 0

Stress xərçəngə səbəb ola bilər?

Stress orqanizmin təbii qoruyucu reaksiyasıdır. Qısamüddətli, güclü olmayan streslər orqanizm üçün hətta faydalı sayılır.

Lakin stress güclüdürsə və insan ona uzun müddət ərzində məruz qalırsa bu sağlamlığa ciddi ziyan vurur.

Stress zamanı orqanizmdə kortizol və adrenalin hormonlarının (onlara "stress-hormonları" da deyilir) səviyyəsi qalxır. Bu prosess qısamüddətlidirsə, problem yoxdur. Lakin stress-hormonlarının səviyyəsi orqanizmdə daim yüksək olduqda, bu artıq çox ciddi pozulmaların riskini artırır.

Xroniki streslər bu kimi sağlamlıq problemlərinə səbəb olur:

- Ürək xəstəlikləri  

- Həzm pozulmaları

- Depressiya

- Artıq çəki

- Yuxu problemləri

(adsgarden = window.adsgarden || []).push({});