Risk iştahası: Amerikalı sərmayədarlar Rusiyaya milyardlar dəyərində yatırım ediblər


Dünya 30 Okt 2019 21:14:00 278 0

Risk iştahası: Amerikalı sərmayədarlar Rusiyaya milyardlar dəyərində yatırım ediblər

Vaşinqtonun Moskvanı yeni sanksiyalarla təhdid etdiyi bir vaxtda, amerikalı sərmayədarlar aktiv şəkildə Rusiya şirkətlərinin səhmlərini alırlar. Moskva birjasının hesablamalarına görə, birjaya qoyulan bütün xarici investisiyaların yarıdan çoxu Uol Stritin payına düşür.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, RİA Novosti mövzuya dair məqaləsində amerikalı sərmayədarların niyə siyasi risklərə məhəl qoymayaraq Rusiyaya investisiya yatırdıqları sualına cavab verməyə çalışıb.

Bazarın sevimliləri

2013-cü ildən etibarən ilk dəfə olaraq Rusiyanın qiymətli kağızlarına qoyulan xarici investisiyalarda Amerikanın payı 51 faizə çatıb.

"Rusiyanın əsas şirkətlərinə qarşı tətbiq edilmiş sanksiyalar və Amerika mediasında bitmək bilməyən anti-Rusiya ritorikası amerikalı sərmayədarları Moskva birjasına milyardlar yatırmaqdan çəkindirə bilməyib", - "Forbes" nəşri deyib.

Bunu statistika da təsdiqləyir. Moskva birjasının dərc etdiyi son məlumatlara görə, hazırda Amerika investisiya fondları 79,3 milyard dollar dəyərində Rusiya səhmlərinə sahibdirlər. Bu rəqəm 2015-ci ilin göstəricisindən 58 faiz böyükdür.

Məsələn, Amerikanın səhm idarəetmə şirkətlərindən biri olan "Allianz Global Investors" Rusiyanın "Norilsk Nickel" və "Lukoil" şirkətlərinin səhmlərini alıb.

"Bu iki özəl şirkət bir çox dövlət şirkətinə nisbətən sanksiyaların fırtınasından daha yaxşı çıxa biliblər", - "Allianz Global Investors" şirkətinin rəsmisi "Forbes"a deyib.

Həqiqətən də "Norilsk Nickel"in səhmləri ilin əvvəlindən 39 faiz bahalaşıb (12 580 rubldan 17 376 rubladək). "Lukoil" üçün isə bu göstərici 28 faiz olub (yəni 4742 rubldan 6066 rubla qədər artım).

"Surqutnefteqaz" şirkəti də xarici sərmayədarların sevimlisidir.

"Böyük nağd valyuta ehtiyatına görə şirkət yüksək dərəcədə etibarlıdır. Onun qiymətli kağızları isə fantastik templərlə bahalaşır", - "Alpari" informasiya-analitik mərkəzin direktor müavini Natalya Milçakova qeyd edib.

Sərfəli risklər

Bəs Amerikalıların bu cür aktivliyi nə ilə izah olunur? Analitiklər qeyd edirlər ki, Birləşmiş Ştatlardan olan sərmayədarlar ənənəvi olaraq inkişaf etməkdə olan ölkələrin şirkətlərinə investisiya qoymaqda liderlik edirlər. Lakin ən əsası sərmayə qoyulan bu qiymətli kağızların gəlirliliyi təmin etməsidir.