Türkiyə Su35 təyyarələrini almaqdan imtina edib


Dünya 30 Okt 2019 20:14:00 261 0

Türkiyə Su35 təyyarələrini almaqdan imtina edib

Türkiyə Rusiyadan Su-35 təyyarələrini almaq niyyətində deyil.

Son.az İnterAz-a istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hülusi Akar bildirib.

Nazirin sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin yaradılması proqramında ABŞ ilə tərəfdaş olaraq qalır.

Beləliklə, Akar Rusiya təyyarələrinin alınması haqqında şayiələri təkzib edib.