Göygöldə itkin düşən kişi axtarılır (FOTO)


Digərləri 30 Okt 2019 19:23:13 225 0

Göygöldə itkin düşən kişi axtarılır (FOTO)

Göygöldə itkin düşən 58 yaşlı Şamaxı sakini axtarılır.

Bakı. Göygöldə itkin düşən 58 yaşlı Şamaxı sakini axtarılır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında, çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 160- 165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub. (adsgarden = window.adsgarden || []).push({}); Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.