Avtovağzalda artıq bir aydır gecə reysləri açılıb


Digərləri 30 Okt 2019 17:04:00 365 0

Avtovağzalda artıq bir aydır gecə reysləri açılıb

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində bərpa olunan gecə reyslərinə ilk günlərdən tələbat çoxdur".

Son.az xəbər verir ki, bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, gecə resyləri 1 oktyabr tarixindən etibarən Gəncə və Qırımızı körpü istiqamətlərinə başlayıb, ayın 18-dən isə Mingəçevir və Şəki istiqamətlərinə də reyslər açılıb:

"İlk günlərdə Şəki istqamətinə reys nəzərdə tutulmurdu, çünki payız və qış aylarında sınaq müddəti olacaqdı və özünü doğrultduğu halda Şəkiyə reys açılacaqdı. Ancaq sərnişin təlabatının çox və yol infrastrukturunun yaxşı olması bu reysin daha tez həyata keçirilməsinə imkan yaratdı".

P.Məmmədova bir ay ərzində gecə reyslərində daşınan sərnişinlərin sayını da açıqlayıb: