Sabiq futbolçunun evi soyuldu


Digərləri 30 Okt 2019 14:33:00 330 0

Sabiq futbolçunun evi soyuldu

İtaliya milli komandası və “Yuventus” klubunun sabiq futbolçusu Klaudio Markizionun Turin şəhərindəki evi soyulub

Bakı. Orxan Nəbiyev - İtaliya milli komandası və “Yuventus” klubunun sabiq futbolçusu Klaudio Markizionun Turin şəhərindəki evi soyulub. Trend-in məlumatına görə, tapança və tüfənglərlə silahlanmış 4 maskalı şəxs evə daxil olaraq K.Markizio və onun həyat yoldaşından seyfi açmağı tələb ediblər. Soyğunçular çoxlu sayda zinət əşyaları və saatlar götürərək hadisə yerindən uzaqlaşıblar. İnsident nəticəsində xəsarət alan olmayıb. Hazırda polis kamera görüntülərini araşdırır.