Şəmkirdə baş verən ağır qəza ilə bağlı RƏSMİ


Digərləri 30 Okt 2019 14:29:00 321 0

Şəmkirdə baş verən ağır qəza ilə bağlı RƏSMİ

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini Babək Qurbanovun idarə etdiyi “VAZ-2106” və Sabirkənd kənd sakini S.Allahverdiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə B.Qurbanov və S.Allahverdiyevin sərnişinlərindən - Düyərli kənd sakinləri Ramin Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin