Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi


Digərləri 30 Okt 2019 14:11:00 349 0

Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçildi

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib.

Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sonuncu qurultayı 2012-ci ildə keçirilib. F. Əlizadə 2007-ci ildən İttifaqın sədridir.