Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı RƏSMİ açıqlama


Digərləri 30 Okt 2019 12:02:00 285 0

Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı RƏSMİ açıqlama

Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib

Bakı. İlhamə İsabalayeva - Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb: (adsgarden = window.adsgarden || []).push({}); "Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin