“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!


Digərləri 30 Okt 2019 11:20:00 254 0

“Nar” Naxçıvanda təqaüd proqramının qaliblərini təbrik etdi!

İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib.

Bakı. İnformasiya texnologiyaları sahəsinin inkişafına və bu sahədə yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran “Nar” mobil operatoru, Naxçıvan Dövlət Universitetinin tələbələri üçün elan etdiyi təqaüd proqramının nəticələrini elan edib. Belə ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbəyə 2019-2020 tədris ilində “Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd ayrılıb. “Azerfon”un Baş İcraçı direktoru Qunnar Panke təqaüd proqramının qalibləri ilə görüşərək onları təbrik edib və gələcək təhsillərində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənc nəslin informasiya texnologiyaları sahəsinə marağının artması və karyeralarını bu yöndə qurmaları ölkədə ümumi ekosistemə, xüsusən də telekommunikasiya bazarının inkişafına öz müsbət təsirini göstərəcək. Xatırladaq ki, “Nar” artıq ikinci ildir ki, rabitə sahəsində gələcəyin yerli peşəkarlarının yetişdirilməsinə dəstək məqsədilə Naxçıvanda təhsil alan tələbələr üçün təqaüd proqramı təşkil edir.