Hacıqabulda küçədə 20 yaşlı gəncin meyiti tapıldı


Digərləri 30 Okt 2019 11:00:00 361 0

Hacıqabulda küçədə 20 yaşlı gəncin meyiti tapıldı

Hacıqabul rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, rayon sakini, 1999-cu il təvəllüdlü İsmayılov Amid Azad oğlunun meyiti səhər saatlarında rayonun mərkəzində, Molla Pənah Vaqif küçəsində aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Meyit daxili və xarici müayinə olunmaq üçün Şirvan Şəhər Məhəkəmə Tibb Ekspertizası və Potoloji Anatomiya Birliyinə təqdim edilib.

Faktla bağlı araşdırma aparılır.