BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO)


Digərləri 29 Okt 2019 23:19:36 62 0

BDU-nun “Gənc istedadlar” liseyi “Nəsimi ili” ilə bağlı sərgi təşkil edib (FOTO)

“Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib.

Bakı. Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi görkəmli Azərbaycan şairi, xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “Dünya bir palitradır, biz də onun rəngləri” adlı yaradıcılıq sərgisi keçirib. Universitetdən Trend-ə verilən məlumata görə, Xətai Sənət Mərkəzində baş tutan sərgidə liseyin 5, 6 və 7-ci sinif şagirdlərinin yağlı boya ilə kətan üzərinə iş, pastel sulu boya, taxta üzərində yandırma tikmə kimi texnikalardan istifadə edilməklə hazırladığı 40 rəsm əsəri nümayiş etdirilib. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri “Gənc istedadlar” liseyinin direktoru Arif Bağırov açaraq Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına əsasən keçirilən çoxsaylı tədbirlərdən danışıb. “Gənc istedadlar” liseyi olaraq “Nəsimi ili”nə öz töhfəmizi şagirdlərimizin əl işləri ilə təqdim etmək qərarına gəldik, deyən direktor, sərgini həm də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı baxımından səmərəli hesab edib. Daha sonra millət vəkilləri Jalə Əliyeva, Fazil Mustafa, Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun əməkdaşı Emin Hacıyev Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsini dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsi kimi qiymətləndirərək, dahi söz ustadı İmadəddin Nəsimi ilə bağlı təşkil edilən sərginin işinə uğurlar arzulayıblar. (adsgarden = window.adsgarden || []).push({}); Sonra sərgiyə baxış keçirilib və hər biri 3 nəfər olmaqla 9 nəfər şagirdin əl işi 1, 2 və 3-cü yerlərə layiq görülüb. Sərgidə lisey şagirdlərinin təqdimatında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, səhnəciklər göstərilib, mahnılar və rəsqlər ifa edilib. Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Microsoft, Office və Emojili klaviatura buraxdı like
  • 29 Okt 23:15  
Digərləri Microsoft, Office və Emojili klaviatura buraxdı

Microsoft yeni Bluetooth klaviatura buraxıb. Onda ayrıca Office və Emoji böl

arrow Ətraflı
İmam Rzanın davamçısı olmaq like
  • 29 Okt 23:10  
Digərləri İmam Rzanın davamçısı olmaq

Ustad Qiraəti nəql edir: "İnqilabdan əvvəl təbliğ etmək üçün ray

arrow Ətraflı
Genital sızanaq və herpes nədir? like
  • 29 Okt 23:05  
Digərləri Genital sızanaq və herpes nədir?

Genital uçuq və sızanaq oxşar xüsusiyyətlərə malikdir. Onlar ümumiyyət

arrow Ətraflı
Aurus üçün ilk tüninq dəsti hazırlanıb  FOTO like
  • 29 Okt 23:01  
Digərləri Aurus üçün ilk tüninq dəsti hazırlanıb FOTO

Moskvada yerləşən Khann tüninq atelyesi (Kahn Design ilə səhv salmayın) A

arrow Ətraflı
İsrail səfirlikləri xüsusi mühafizə altına götürüldü like
  • 29 Okt 22:59  
Dünya İsrail səfirlikləri xüsusi mühafizə altına götürüldü

İsrail səfirlikləri, İranın yəhudi dövlətinə qarşı hərbi zərbələr

arrow Ətraflı
FTX Azərbaycana hərbi avadanlıq keçirilməsinin qarşısını aldı like
  • 29 Okt 22:58  
Dünya FTX Azərbaycana hərbi avadanlıq keçirilməsinin qarşısını aldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiya-Azərba

arrow Ətraflı
Gəncədə 20 yaşlı qız oğurlandı like
  • 29 Okt 22:57  
Digərləri Gəncədə 20 yaşlı qız oğurlandı

Gəncə şəhərində gənc qız qaçırılıb.

arrow Ətraflı
Yəməndə Müdafiə nazirinə raketlərlə hücum etdilər like
  • 29 Okt 22:56  
Dünya Yəməndə Müdafiə nazirinə raketlərlə hücum etdilər

Husilər Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisin

arrow Ətraflı
Namaz insanı günahdan necə qoruyur? like
  • 29 Okt 22:55  
Digərləri Namaz insanı günahdan necə qoruyur?

"Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəka

arrow Ətraflı
Ağdaşda ağır qəza, yaralılar var like
  • 29 Okt 22:52  
Digərləri Ağdaşda ağır qəza, yaralılar var

Ağdaş rayonunda baş verən qəzada 4 nəfər xəsarət alıb.

arrow Ətraflı
Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib like
  • 29 Okt 22:51  
Siyasət Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib.

arrow Ətraflı
Bu 4 şərt yerinə yetirilsə, Allah günahları bağışlayar like
  • 29 Okt 22:50  
Digərləri Bu 4 şərt yerinə yetirilsə, Allah günahları bağışlayar

Allah Təala, Qurani-Kərimdə Bəni-İsrayili islah etmək üçün 4 şərt bə

arrow Ətraflı
Namaz cədvəllərində gecəyarı vaxtı niyə göstərilir? like
  • 29 Okt 22:45  
Digərləri Namaz cədvəllərində gecəyarı vaxtı niyə göstərilir?

Namaz cədvəllərində gecəyarı vaxtının göstərilməsinin əsasən iki s

arrow Ətraflı
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb like
  • 29 Okt 22:45  
Digərləri Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

arrow Ətraflı
7 dəfə “İxlas” surəsini oxumaq... like
  • 29 Okt 22:40  
Digərləri 7 dəfə “İxlas” surəsini oxumaq...

"Taha" surəsi Quranın 20-ci surəsi olub, 135 ayəyə malikdir. Mək

arrow Ətraflı