FTX Azərbaycana hərbi avadanlıq keçirilməsinin qarşısını aldı


Dünya 29 Okt 2019 22:58:00 264 0

FTX Azərbaycana hərbi avadanlıq keçirilməsinin qarşısını aldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiya-Azərbaycan sərhəddinin Dağıstan ərazisindəki keçid məntəqəsində hərbi texnika elementlərinin ixracının qarşısını alıblar.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə TASS regional hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

"Çərşənbə axşamı Yaraq-Kazmalyar nəzarət-buraxılış məntəqəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı hərbi texnika elementlərinin ixracının qarşısı alınıb. Cinayət işinin açılması məsələsi həll edilir. Şübhəlilər saxlanılıb",- deyə məlumat verən mənbə bildirib.

"AiF Dağıstan"a məlumat verən mənbə isə deyib: "Qaçaqmalçılar qanunsuz pul, qiymətli əşyalar ixracı ilə məşğul olurdular. Bu əməliyyat zamanı Rusiyadan Azərbaycana Rusiya Federasiyası Müdafiə Nazirliyinin anbarlarından oğurlanmış hərbi texnikanın ixracının qarşısını almaq mümkün oldu".