Bakıda Türkiyə Respublikasının 96-cı ildönümü qeyd olunub


Digərləri 29 Okt 2019 19:45:00 224 0

Bakıda Türkiyə Respublikasının 96-cı ildönümü qeyd olunub

Bu gün Bakıda Türkiyə Respublikasının qurulmasının 96-cı illiyinə həsr olunmuş tədbir keçirilib.

Bakı. Rufiz Hafizoğlu - Bu gün Bakıda Türkiyə Respublikasının qurulmasının 96-cı illiyinə həsr olunmuş tədbir keçirilib. Trend-in məlumatına görə, tədbirdə parlamentin sədri Oqtay Əsədov, deputatlar, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, iştirak edib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Prezident Rəcəb Tayyib Ərdoğanın Respublika günü münasibəti ilə ünvanladığı məktubu oxuyub. Qeyd efək ki, hər il oktyabrın 29-da Türkiyədə Respublika günü kimi qeyd olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin