İş qadını şikayət etdi, İbrahim barədə araşdırma başlanıldı


Digərləri 29 Okt 2019 16:04:00 331 0

İş qadını şikayət etdi, İbrahim barədə araşdırma başlanıldı

Son zamanlar ailə dağıtmaqda ittiham olunan iş xanımı Edvina Sponza sevgilisi İbrahim Kutluaydan şikayətçi olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl məhkəməyə müraciət edərək keçmiş basketbolçu tərəfindən şiddətə məruz qaldığını iddia edən Edvina qarşı tərəfin verilən hökmə əməl etmədiyini vurğulayıb.

Belə ki, o, İbrahimin hakim tərəfindən verilən 3 aylıq uzaqlaşdırma qərarını heçə saydığını bildirib. İş xanımı Kutluayın İzmirdəki davadan sonra idman zalında ona yaxınlaşdığını, mübahisə etdiyini qeyd edib. Bundan sonra eks-basketbolçu barədə araşdırma aparılır.  

Qeyd edək ki, İbrahim 11 illik xanımı Demet Şenerə Edvina ilə xəyanət etmiş, daha sonra qarşı tərəf məhkəməyə müraciət edərək basketbolçudan boşanmışdı.

(adsgarden = window.adsgarden || []).push({});