Azərbaycanla Kolumbiya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə olunub


Digərləri 29 Okt 2019 15:59:19 258 0

Azərbaycanla Kolumbiya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə olunub

DGK-nin sədri Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, S.Mehdiyev iki ölkə arasında mövcud münasibətlərə toxunaraq, Azərbaycan tərəfinin Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyünün son dövrdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunduğunu bildirib. Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə fəaliyyəti barədə də qonağı məlumatlandıran S.Mehdiyev, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb. Qeyd edilib ki, iki ölkənin gömrük orqanları arasında qarşılıqlı səmərəli əlaqələr, öz növbəsində, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsinə mühüm töhfə verər, iqtisadi əməkdaşlığın potensialından maksimum yararlanmağa şərait yaradar.