İstanbulda iri terror aktının qarşısı alınıb


Digərləri 29 Okt 2019 15:46:00 327 0

İstanbulda iri terror aktının qarşısı alınıb

İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb

Bakı. Rufiz Hafizoğlu - İstanbulda Türkiyə kəşfiyyat xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində iri terror aktının qarşısı alınıb. Trend-in məlumatına görə, Fatih rayonunda Cümhuriyyət bayramı ilə bağlı keçirilən yürüş zamanı terror aktı planlaşdıran İŞİD terror təşkilatının 3 üzvü saxlanılıb. Saxlananların vətəndaşlığı barədə məlumat verilməyib. (adsgarden = window.adsgarden || []).push({}); Bundan başqa, bu gün Bursa vilayətində də antiterror əməliyyatı keçirilib və 26 nəfər saxlanılıb. Onlardan 12-i Suriya vətəndaşıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin