Ağdaşda yeni ümumtəhsil məktəbi binasının tikintisinə bir milyon manat ayrılıb
Digərləri 29 Okt 2019 14:59:21 235 0
Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb
Bakı.
Prezident İlham Əliyev Ağdaş rayonunun Orta Ləki kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdaş rayonunun Orta Ləki kəndində 480 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılır.
Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalı, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az