Tramp Bağdadinin gizləndiyi tunelə girən itin


Dünya 29 Okt 2019 14:42:00 259 0

Tramp Bağdadinin gizləndiyi tunelə girən itin

ABŞ Prezidenti Donald Tramp öz tvitter mikrobloqunda bir neçə gün öncə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsində iştirak edən xidməti itin fotosunu yayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşdığı fotoya "Biz Əbu Bəkr əl-Bağdadinin aşkar edilməsində və məhv olunmasında böyük iş görmüş həmin möhtəşəm itin fotosunu yaymağı qərara aldıq" şərhini yazaraq itin adını açıqlamayıb.

Məlumata görə, heyvan əl-Bağdadinin gizləndiyi tunelə daxil olub. Bu zaman terrorçu özünü partladıb. Nəticədə, it yüngül yaralanıb.

Qeyd olunur ki, Amerika lideri bu addımı ilə ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Birləşmiş komitəsinin rəhbəri, general Mark Milliyə əks gedib. Belə ki, general 27 oktyabrda keçirdiyi brifinqdə sözügedən itin əməliyyat çərçivəsində yüngül yaralandığını, lakin müalicə olunaraq yenidən işə qaytarıldığını bildirib. Eyni zamanda qeyd edib ki, o, hələ də təhlükəli zonada-iş başında olduğundan itin şəklinin yayılmasına qarşıdır. Amma Millinin bu açıqlamasında az sonra Tramp itin fotosunu paylaşıb.