Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün elektron sistemdən istifadə edəcəklər


Digərləri 29 Okt 2019 13:38:00 322 0

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün elektron sistemdən istifadə edəcəklər

Sahibkarlar Azərbaycana qida məhsulları gətirmək üçün AQTA-ya elektron sistem vasitəsilə müraciət edəcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, elektron sistem bu ilin sonuna kimi yaradılacaq:

"Sistem "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələrək yaradılır. Bu ilin sonunadək idxal-ixrac prosedurlarının tam elektronlaşdırılması nəzərdə tutulub. Bununla da sahibkarlar ofislərini, iş yerlərini tərk etmədən Agentliyə müraciət edə biləcəklər".

S.Rüstəmli bəzi sahibkarlara xəbərdarlıq da edib: