Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb


Digərləri 29 Okt 2019 13:06:00 411 0

Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb

Cari ilin 9 ayı ərzində 24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib.

Onun sözlərinə görə, 16 müraciətə karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı imtina verilib:

"Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib".