Azərbaycanda əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlanılacaq


Digərləri 29 Okt 2019 12:57:00 267 0

Azərbaycanda əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlanılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu payız əvvəlki illərdə yanğına məruz qalan meşə sahələrinin bərpasına başlayacaq.

Son.az bildirir ki, bunu Trend-ə Nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.

Onun sözlərinə görə, artıq meşə-bərpa işlərinin aparılması üçün Qəbələ, Oğuz, Şəki, Bərdə, Yardımlı, Şamaxı, İsmayıllı rayonlarının yanğına məruz qalan meşə sahələrində hazırlıq işləri görülür.

Nazirlik rəsmisi əlavə edib ki, əvvəlcə torpağın üst qatı yumşaldılır, sonra müxtəlif meşəcinsli ağacların toxumları səpiləcək.

A.Qaraşov adıçəkilən rayonların sakinlərinə müraciət edərək xahiş edir ki, meşə sahələrinə mal-qaranı buraxmasınlar:

"Bununla, həm yeni əkilmiş tinglərin qorunmasına, həm toxumların cücərməsinə, həm də təbiibərpa işlərinin getməsinə şərait yaranacaq. Hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları nəticəsində minlərlə hektar meşə zolaqları yanaraq külə dönür. Şükürlər olsun ki, Azərbaycanda böyük sahələri əhatə edən meşə yanğınları olmayıb, kiçik həcmli yanğınlar baş verib ki, bunun da qarşısı tez bir zamanda alınıb".