Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb - AQTA


Digərləri 29 Okt 2019 12:21:56 185 0

Bu il 24 min kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb - AQTA

24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb.

Bakı. Ceyhun Ələkbərov - Cari ilin 9 ayı ərzində 24 000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Samir Rüstəmli bildirib. Onun sözlərinə görə, 16 müraciətə karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı imtina verilib: “Karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105 572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib”.