Dardanel boğazı bağlandı


Dünya 29 Okt 2019 11:45:00 318 0

Dardanel boğazı bağlandı

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.