"Hələ Fədayəni görməmişəm"


Şou-biznes 29 Okt 2019 11:17:00 256 0

"Hələ Fədayəni görməmişəm"

İki ildən çoxdur həbsxanada olan müğənni Fədayə Laçın bu gün azadlığa buraxılıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi səhər saatlarından 1 saylı Bakı İstintaq Təcridxanasından evə yola salınıb.

İfaçının bacısı İlahə Fəda əməkdaşımızla söhbətində bildirib ki, hazırda bacısının olduğu yerə gedir:

"Mən də səhər saat 9-da azadlığa buraxılacağını bilirdim. Amma daha tez buraxılıb. Onu götürməyə gedəndə, yolda zəng vurdular ki, artıq evdədir. Hazırda yoldayam, bacımı görməyə gedirəm. Anamın Buzovnadakı evinə gedib. Hələ özüm də bacımı görməmişəm".

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.