Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb


Dünya 29 Okt 2019 08:43:00 234 0

Boliviyada etirazlarda ən az 30 nəfər yaralanıb

Boliviyada yenidən seçilmiş prezident Evo Moralesin tərəfdarları və əleyhdarları arasında baş verən toqquşmalar zamanı ən az 30 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Efe" agentliyi bildirib.

Etirazlar Boliviyanın bir neçə şəhərində, o cümlədən La-Pas, Koçabamba və Santa-Crusda keçirilib. Bir nəfər qarnından güllə yarası alaraq xəstəxanaya aparılıb.

Boliviyanın səhiyyə naziri Qabriela Montanyo "Twitter"-də xəsarət alan şəxsin vəziyyətinin kritik olduğunu bildirib.