iPhonedan istifadə etdi və 25 kiloqram arıqladı


Digərləri 29 Okt 2019 08:55:00 226 0

iPhonedan istifadə etdi və 25 kiloqram arıqladı

Kanadanın Ontari əyalətinin sakini "iPhone"dan istifadə etməyə başlayıb və 25 kiloqram arıqlayıb.

Son.az facemark.az-a istinadən bildirir ki, onun haqqında isə "Daily Mirror" qəzeti yazıb.

73 yaşlı Coan Makdonald (Joan MacDonald) açıqlamasında deyib ki, həyat yoldaşı ilə münasibətlərinin gərginləşməsi ona əlavə çəki olaraq qayıdıb. Onun piylənmə ilə yanaşı sağlamlığı ilə bağlı problemləri də yaranmışdı. Məsələn, qadın yüksək xolestrindən, təzyiq və yenicə yaranmağa başlayan artritdən əziyyət çəkirdi.

Onun 48 yaşlı qızı-Mişel (Michelle) isə anasının yenidən öz sağlamlığına qovuşması üçün illik proqramdan istifadəni tövsiyə edib.

"Mən çox narahat idim, çünki bu informasiyaların hamısı onlayn idi", - deyə Coan xatırlayır. Mənə "iPhone" almaq və bütün proqramları telefona yükləmək lazım idi. Hərdən mən heç nə başa düşmürdüm və ağlayırdım. Hətta hər şeyi buraxmaq istəyirdim, amma xoşbəxtlikdən mən inadkar idim".

"Qızım və kürəkənim telefondan istifadə qaydalarını mənə yenidən və yenidən izah edirdi. Mənə o kömək etdi ki, mən hər şeyi birdən öyrənməyə tələsmirdim və tədricən".

2017-ci ildə Kanada sakini həftədə 4 dəfə məşq etməyə başladı və özünün qida rasionunu tamamilə dəyişdi. Mişel anası üçün "Instagram" hesabı açdırdı və orada anası öz nəticələrini elan etdi.

(adsgarden = window.adsgarden || []).push({});