Güləşçilərimiz U-23 dünya çempionatının finalına yüksəlib


Digərləri 29 Okt 2019 08:31:00 221 0

Güləşçilərimiz U-23 dünya çempionatının finalına yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb

Bakı. Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start verib. Əfqan Xaşalov son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı verib. Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Davud İbrahimov debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisiylə görüş də gərgin mübarizə şəraitində keçib. Yekunda İbrahimov minimalhesablı qələbəyə sevinib. Ancaq Davud 1/4 finalda Rusiyada təmsilçisiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Davud təsəlliverici görüşə çıxacaq.