Azərbaycanda 144 nəfər dəm qazından zəhərlənib (ÖZƏL)


Digərləri 28 Okt 2019 21:45:55 242 0

Azərbaycanda 144 nəfər dəm qazından zəhərlənib (ÖZƏL)

Azərbaycanda yanvar-oktyabr (oktyabrın 25-dək) ayları ərzində 144 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda yanvar-oktyabr (oktyabrın 25-dək) ayları ərzində 144 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib. Bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, bu ilin ilk 10 ayı ərzində 74 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 26 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu il 1 nəfər sirkə turşusundan zəhərlənərək ölüb. Sirkə turşusundan zəhərlənmə istisna olmaqla, il ərzində zəhərlənməyə məruz qalanlar arasında ölüm halı baş verməyib. (adsgarden = window.adsgarden || []).push({}); A.Maqsudov qeyd edib ki, sirkə turşusundan zəhərlənənlərin, əsasən 70 faizi qadın, 30 faizi kişi olur. Zəhərlənən qadınlar arasında 30-45, kişilər arasında isə 45-50 yaşlılar üstünlük təşkil edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin