Tərtər sakini ehtiyatsızlıqdan tüfənglə özünü vurub


Digərləri 28 Okt 2019 18:09:00 285 0

Tərtər sakini ehtiyatsızlıqdan tüfənglə özünü vurub

Tərtər sakini ehtiyatsızlıqdan tüfənglə qolunu yaralayıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən "Kralsal-15" markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.