Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir


Digərləri 28 Okt 2019 18:05:00 262 0

Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir

Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Bakı. Ceyhun Ələkbərov - Sabahdan elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur: "Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, avqust 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin