Alov qüllələrinin yanında qəza
Digərləri 28 Okt 2019 15:11:00 281 0
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Mehdi Hüseyn küçəsi, "Alov qüllələri" binalar kompleksinin yanında qeydə alınıb. İdarətməni itirən minik avtomobili divara çırpılıb. Toqquşmanın gücündən yanmağa başlayan avtomobil ətrafdakı insanların köməyi ilə sondürülüb.
Hadisə səbəbindən adıçəkilən küçədə qısa tıxac yaranıb və oraya cəlb olunan Dövlət Yol Polisi əməkdaşları avtomobillərin sıxlığını aradan qaldırmağa çalışıblar.
Mənbə: milli.az