Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıb


Digərləri 28 Okt 2019 15:20:00 352 0

Rüşvətdə təqsirləndirilən bağça müdirəsinin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almada təqsirləndirilən Şəfiqə Musazadənin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

İttihama görə, uzun illər Sumqayıt şəhərində müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləyən təqsirləndirilən şəxs daha sonra bir neçə dövlət bağçasının direktoru olub.

2018-ci ildə isə Ş.Musazadə özəl bağça açaraq bir neçə nəfərdən bağçaya işə düzəltmək adı ilə 1500-3000 manat arası pul alıb. Həmin şəxsləri bağçaya müəllimə, xadimə, mühafizəçi kimi işə götürüb.

Lakin bağça aylarla fəaliyyət göstərsə də, cəmi 9 uşaq olub. Bağçaya uşaq cəlb edə bilməyən Ş.Musazadə işə götürdüyü şəxslərin aylıq məvaciblərini verə bilməyib.