Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda "Mən qayıdacam" yazıldı


Digərləri 28 Okt 2019 14:39:53 269 0

Gürcüstan Prezidentinin saytına hücum - Saakaşvilinin fotosu fonunda "Mən qayıdacam" yazıldı

Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.

Bakı. Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub. Trend-in məlumatına görə, saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb. S.Zurabaşvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Gürcüstan Prezidentinin rəsmi saytı hələ də işləmir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin